Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, bu gün saat 16.00-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əfəndiyev, 12 ünvanında fəaliyyət göstərən emalatxanasında təmir zamanı “Mercedes-190” markalı avtomobildə yanğın başlayıb. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra yanğın söndürülüb.
Avtomobil ustası Nadir Nəzərəliyev isə yanğınsöndürənlər gələnə qədər yanğının qarşısını almağa çalışan zaman ciddi xəsarət alıb. N.Nəzərəliyev bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə 5 saylı şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.