MİLLİ MƏCLİSDƏ TÜRKİYƏLİ DEPUTATLARLA GÖRÜŞ KEÇİRİLİB
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanda səfərdə olan deputatlarla görüş keçirib

Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Azərbaycanla Türkiyə parlamentləri arasında əlaqələrin inkişafında dostluq qruplarının rolunu xüsusi qeyd edib. O, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupu Milli Məclisdə ən böyük dostluq qruplarından biri olduğunu deyib.

TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı bildirib ki, dövlət, hökumət və parlament üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri iqtisadi sahədə əlaqələri daha da genişləndirməkdir. Nümayəndə heyətinin Naxçıvanda da olacağını deyən qrup rəhbəri bundan sonra digər türkdilli ölkələrə də bu cür səfərlər nəzərdə tutulduğunu vurğulayıb.

Tərəflər türkdilli ölkələr arasında əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyəli deputatlar bu gün, həmçinin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüblər. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolu, işçi qruplarının fəaliyyəti, deputatların beynəlxalq təşkilatlarda xalqlar və dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrinin vacibliyi vurğulanıb.

Bu Xəbər 29.07.2010 - 15:45:03 Tarixində Əlavə Edilib və 42 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
Piter Semnebi partiya rəhbərləri ilə görüşüb
Lənkəranda bıçaqlanma hadisəsi baş verib
Azərbaycanın Xarici İşlər Naziri Piter Semnebini qəbul edib
Beyləqanda qəbiristanlıq yanıb
Azərbaycan-Gürcüstan sərhədində yanğın olub
Prezident Niderland səfirinin etimadnaməsini qəbul edib
1 ay ərzində Azərbaycanda 38 intihar hadisəsi baş verib
Həmsədrlər cəbhə xəttinə gedəcəklər
Mağaza soyan şəxs saxlanılıb
355 kiloqram ərzaq satışdan çıxarılaraq məhv edilib
Qəzet köşkünü soyduğu üçün tutuldu
Dəhşətli qəza: 1 ölü
Dəmiryolunda qiymətlər qalxacaq
Prezident Niderland Krallığının yeni səfirini qəbul edib
Prezident Piter Semnebini qəbul edib
Gündə 25 litr süd verən inəklər gəlir
Gəncədə ərzaq məhsulları bahalaşıb
"Sel bölgəsindəki məktəblər tədrisə hazırdır"
Həmsədrlər birgə bəyanatla çıxış ediblər
ABU-nun tələbələri hansı məktəblərə köçürüləcək?
FOTO QALEREYA
Bütün Qalereyalar
Xəyallardakı velosiped
Insanı heyrətə gətirən qəzalar...
Su köpüyünün partlama anı
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: