Bu qadın Rusiyanın paytaxtı Moskvada bir metro işçisidir.
İllərdir Moskva metrosunda işləyən və baş örtüyü geyən Zeytuna Hudayberdiyeva indiyə qədər inancına görə heç bir maneə ilə üzləşməyib.
O, 35 ildir metroda mühəndis işləyir. Həmişə də baş örtüyü taxıb. Əri Maqsud ilə həmişə Moskvada yaşadığını deyən Hudayberdiyeva heç vaxt dini mənsubiyyətinə görə sıxıntı yaşamadığını deyir.
Rusiyalıların başqa dinlərə böyük hörmət etdiyini deyən Hudayberdiyeva bildirir ki, küçədə başı örtülü şəkildə çox rahat gəzə, insanlarla ünsiyyət qura bilir.
Son illər Avropa ölkələrində baş örtüsü haqda müxtəlif mübahisələr getsə də, Rusiyada bu məsələ xoşgörü və tolerantlığın simvolu olaraq qalır. Ötən il Rusiya prezidenti Dmitri Medvedevin ziyarət etdiyi bir məktəbdə başı örtülü bir məktəbli ilə şəkil çəkdirməsi də, ölkədə xoşgörü və azadlığın nümunəsi kimi qəbul edilmişdi.