TƏYYARƏ QƏZASINDA HEÇ KİM SAĞ QALMAYIB
Pakistanda hava limanina eniş edərkən yaxınlıqdakı təpəliyə çırpılan təyyarədəki 152 nəfərdən heç biri sağ qalmayıb

Pakistan ötən gün baş verən dəhşətli təyyarə qəzasının şokunu yaşayır. Hadisə səbəbi ilə ölkədə matəm var.

Qəzanın baş verdiyi yerdə isə cəsədlərin axtarışları davam edir. Pakistanın Karaçi şəhərindən paytaxt İslamabada uçarkən eniş zamanı Margalla dağlarına çırpılan təyyarədən çıxarılan 100-dən çox meyitdən 55-nin şəxsiyyəti müəyyən edilərək ailələrinə verilib. Pakistan Tibb Elmləri İnstitutundan bildirilib ki, ölənlərin çoxunun cəsədləri parçalanıb ya da yanıb. Buna görə də şəxsiyyətlər DNT yoxlaması ilə müəyyən edilməlidir. Məlumata görə proses 1 həftəyədək davam edəcək.

Hələlik təyyarənin qara qutusu da tapılmayıb. Pakistan İnformasiya nazirliyi təyyarənin əlverişsiz hava şəraiti səbəbi ilə qəzaya uğrama ehtimalının yüksək olduğunu, ancaq dəqiq səbəbin qara qutunun tapılması ilə məlum olacağını bəyan edib.

Qəzaya uğrayan təyyarənin məxsus olduğu Airblue firması isə Airbus - 321 tipi sərnişin təyyarəsinin 2002-ci ildə istehsal edildiyini və indiyədək heç bir nasazlıq qeydə alınmadığını açıqlayıb. Həmçinin qəzadan əvvəl təyyarədən hava limanına heç bir nasazlıq şikayəti də edilməyib.

Qəza zamanı təyyarədə 146 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan 110 kişi, 29-u qadın, 5 azyaşlı və 2 körpə olub.

 

Bu Xəbər 29.07.2010 - 14:24:52 Tarixində Əlavə Edilib və 85 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
Müəllimlər kütləvi tətilə başlayıb
Metropolitendə gedişhaqqı qaldırıldı
Dünyanın ən qısaboylu insanı
Hindistan yeni raketini sınağdan keçirib
İsrail Qəzzanı yenə bombalayıb
Qvatemalada şiddətli yağışlar insan tələfatına səbəb olub
İranda 5 kürd edam olunub
Təyyarə tamaşaçıların üstünə düşüb
Diskotekada partlayış baş verib
Gəmidə yanğın: 200 ölü
Pakistanda terror: 8 ölü
Ali məktəblərdə hicaba icaze verildi
Avstraliyada leysan yağışları ciddi təhlükə yaradıb
Konqoda qayıq batıb
7.1 bal gücündəki zəlzələdə ölən olmadı
"Çöl bazarı" yenidən qurulur
Dağıstanda hərbi hissədə terror aktı törədilib
Pakistanda 5 silahlı öldürülüb
Fələstin İsrailə roketlərlə hücum edib
Turist təyyarəsi qəzaya uğrayıb
FOTO QALEREYA
Bütün Qalereyalar
İnsan üzlü heyvanlar
"YouTube"-nin ofisi
Dünya bu gəncdən danışır
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: