HƏMSƏDRLƏR SENTYABRDA REGİONA SƏFƏR EDƏCƏK
ATƏT-in Minsk Qrupu həmsədrləri sentyabrda regiona səfər etmək niyyətindədirlər

ATƏT-in rəsmi saytında verilən məlumata görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanması üzrə danışıqlardakı son inkişaflar, o cümlədən iyunun 17-də Sankt Peterburqda keçirilən Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü, iyulun 17-də keçirilən Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü və Minsk qrupunun həmsədr ölkələrinin Muskoka və Almatıda etdiyi birgə bəyanatlar haqqında Minsk qrupunu məlumatlandırıblar.

Həmsədrlər qeyd edib ki, münaqişə tərəflərinin indiyə kimi etdiyi cəhdlər ziddiyyətləri aradan qaldırmaq üçün kifayət etməyib və atəşkəs rejiminin möhkəmləndirilməsi, kompromis ruhunun nümayiş etdirilməsi üçün əlavə tədbirlər görülməlidir.

“Tərəflərin səylərinə yardım etmək üçün həmsədrlər sentyabr ayının əvvəllərində regiona səfər etmək niyyətindədirlər”, - deyə görüşlə bağlı bəyanatda bildirilir.

Bu Xəbər 29.07.2010 - 08:23:40 Tarixində Əlavə Edilib və 51 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
İsrail Hava Qüvvələri Qəzanı bombalayıb
Metroda dava baş verib
4 nəfər həbsxanadan qaçıb
Sinaqoq yaxınlığında partlayış baş verib
Həmsədrlər Edvard Nalbandyanla görüşüblər
Taypində kütləvi evlilik mərasimi keçirilib
İtaliya “Eurovision” yarışmasına qayıtmaq istəyir
Çilidə güclü zəlzələ baş verib
Rusiya bazarında partlayış baş verib
Dmitri Medvedev müsəlmanları təbrik edib
Pakistanda 11 silahlı qətlə yetirilib
Klinton Quran-ı yandırmaq istəyənlərə sərt cavab verdi
Ancelina Coli Pakıstana səfər edib
Edvard Nalbandyan İrana səfər edəcək
İki Amerika əsgəri qətlə yetirilib
NATO Əfqanıstana əlavə hərbçi göndərə bilər
Mobil telefon istifadəçiləri diqqət
"Əl-Qaida"nin liderinin evi satışa çıxarılıb
Dəhşət saçan qəza anları - VİDEO
Putin "NABUCCO"nu real saymır
FOTO QALEREYA
Bütün Qalereyalar
Rekord təzələndi
"Qarabağ" "Twente" 1-3
2009-cu ilin şəkilləri
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: