ABŞ-ın tanınmış "Newsweek" jurnalı Türkiyədə baş verən irəliləyişləri manşetinə çıxarıb.
Türkiyənin dünya siyasətində çəkisinin artmasını uğurlu xarici siyasətlə əlaqələndirən jurnalda, 12 sentyabrda konstitusiya dəyişiklikləri ilə bağlı seçkilərin Türkiyəni Avropa Birliyinə daha da yaxınlaşdıracağını da vurğulayıb.
Jurnalda həmçinin rəsmi Vaşinqtonla münasibətlərdə öncələr sakitliyini qoruyan Türkiyənin, artıq öz maraqlarını daha çox müdafiə etdiyini yazıb. Bununla jurnal Türkiyənin hazırkı gücünü etiraf etməli olub.
Türkiyənin daha çox özünün mərkəzdə olduğu bir siyasət yeritdiyini yazan "Newsweek" jurnalı bu ölkənin həm qərb dövlətləri, həm də İslam dünyası ilə sıx əlaqələr qurduğunu qeyd edir.
Ancaq bütün bunlara baxmayaraq Türkiyənin ABŞ üçün mühim müttəfiq olduğu və Türkiyəyə inamı azaldan fikirlərin əsassız olduğu qeyd olunur.