Son günlərdə avro manata nisbətdə bahalaşıb. İyulun əvvəlində 98 qəpiyədək ucuzlaşan avro yenidən psixoloji həddi keçib.
Paytaxtdakı mübadilə mərkəzlərində avroya tələbat azalıb. Ancaq məzənnəsindəki yüksəlişlə əlaqədar bu valyutaya yenidən tələbatın yaranacağı gözlənilir
Manatla müqayisədə avro dollara nisbətdə daha çox dəyər qazanır. Dünya Bazarlarında 1 avro 1 dollar 30 sentə yaxınlaşıb. Son iki ayda isə avro dollara nisbətdə 7 faiz bahalaşıb.
İqtisadçılar hesab edir ki, avronun bahalaşmasınından istifadə edərək satmaq sərfəlidir. Avropa maliyyə institutları bankların stress-testlərinin nəticələrini açıqlayacaq. Ona görə də indi Avro-dollar cütünə təzyiqlər artır. Analitiklər stress testlərin nəticələri müsbət olarsa avronun daha da bahalaşacağını gözləyir. Stress-test nəticələrinin neqativ və ya pozitiv açıqlanacağından asılı olmayaraq avronun yenidən ucuzlaşacağını gözləyən maliyyə qurumları da var. Onlar Bu ilin üçüncü rübünün sonunadək məzənnənin $1 dollar 18 sentə enəcəyi ehtimalı edir.