Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda X.Məmmədov küçəsi, 2944-cü məhəllədə yerləşən “Neptun-3” marketdə, Yasamal rayonunda Ə.Əhmədov və D.Bünyadzadə küçələrinin kəsişməsində Azər Şirinova məxsus mağazada, Abşeron rayonunun Xırdalan şəhərində H.Əliyev prospektində yerləşən «Nuru market»də, «Lider market»də, «Nihat market»də, «Mars market»də və Sevindik Şahmarlıya məxsus mağazada, 28-ci məhəllədə yerləşən «Ülvi market»də, Gəncə şəhərində Atatürk prospekti, 197 ünvanında yerləşən «Sarvan market»də, Quba rayonunda Fətəlixan küçəsində Ramin Məmmədova məxsus mağazada, Ucar rayonunda Azərbaycan küçəsində Famil Babayevə məxsus mağazada ümumi çəkisi 100 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri və s. aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.