XİDMƏT TARİFLƏRİ İNFLYASİYANI YÜKSƏLDİR
Dövlət statistika komitəsi və iqtisadi tədqiqatlar mərkəzi illik infilyasiyanı açıqladı

Ölkədə infilyasiya yüksəlir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda illik infilyasiya 4,9 faizdir.  İqtisadi Tədqiqatlar Mərkəzi isə illik infilyasiyanı 5,87 faiz səviyyəsində qiymətləndirir. Hər iki qrumun məlumatına görə, illik infilyasiyanın  yüksəlişinə əsasən xidmət sahələrində qiymət artımı səbəb olub. Xidmət sahəsindən sonra ən çox bahalaşma ərzaqda qeydə alınır.

İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatına görə, mövsümu ucuzlaşma bu il daha zəif gedir. İyunda umumi ucuzlaşma isə 0,91 faiz olub.

Ən çox ucuzlaşma meyvə tərəvəzdə,  6,4 %  müşahidə ediilib.

 

Çörək, un məmulatları və yarma 0,23 faiz, ət, quş əti və balıq məhsulları 1,18 faiz, yağ məhsulları 0,64 faiz, meyvə, tərəvəz 6,41faiz, şəkər, çay, ədviyyat 0,04 faiz ucuzlaşıb.

Qeyri ərzaq məhsullarından isə geyim, ayaqqabı, tikinti materialları və təsərrüfat malları ucuzlaşıb.

Ucuzlaşma səviyyəsinə nəzər salanda ən çox qiymət azalmasının  meyvə tərəvəzdə olduğu məlum olur.

Ən çox bahalaşma isə süd və süd məhsullarında - 4,3 % qeydə alınıb.

Toyuq yumurtası, limon, meyvə şirələri, bəzi sərinləşdirici içkilər, süd və süd məhsulları, uşaqlar üçün mayka , futbolkalar, üzgüçülük qruplarında məşğələlərin qiyməti bahalaşıb. Bu məhsulların qiymətindəki bahalaşmanı paytaxtdakı mağazalar da təsdiqləyir.

 

Bu Xəbər 15.07.2010 - 16:59:17 Tarixində Əlavə Edilib və 311 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
Meksikalı iş adamları Bakıda
Rusiyada kartofun qiyməti bahalaşır
İran Azərbaycandan aldığı qazın həcmini artıracaq
Bakıda torpaq sahələri ucuzlaşa bilər
Neftin bahalaşması davam edir
Saxlama müddəti ötmüş 512 kq ərzaq məhv edilib
Dünya bazarında ərzaq məhsulları 5% bahalaşıb
Taxtanın qiyməti qalxa bilər
Azərbaycan Rusiyaya satdığı qazın həcmini artıra bilər
Neft yenidən bahalaşıb
Azərbaycanın şimal-qərb rayonlarında unun qiyməti artıb
Rusiya taxıl ixracına qadağanı qismən aradan qaldırdı
Neftin ucuzlaşması davam edir
Meyvə-tərəvəz istehsalı azalıb
İran Ermənistana buğda ixrac edir
Ətdə artım olacaq
Neft yenidən bahalaşıb
Azərbaycan taxılını Qırğızıstandan alacaq
Bakıda bal yarmarkası açılacaq
Rusiyada qazanc çoxalıb
FOTO QALEREYA
Bütün Qalereyalar
"Qurd uşaqlar"
Ən balaca telefon
İnsanlıq hara gedir...
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: