Mətanət Əsədovanın bacısı intihar etdi

Mətanət Əsədova intihar edən bacısı ilə bağlı açıqlama verdi
Şrift ölçüsü:

Gündəm 13:41 – 11.10.2013

Oktyabrın 9-dan 10-na keçən gecə Kürdəxanı istintaq təcridxanasında bu günlərdə Abşeron rayonunda saxlanılmış 35 yaşlı Bakı sakini Nurlanə Əsədova intihar edib. Nurlanə Əsədova tanınmış müğənni Mətanət Əsədovanın bacısıdır. Bu barədə Mövqe.az-a ağlaya-ağlaya açıqlama verən müğənni Mətanət Əsədova xəbəri təsdiqləyib: " Çox pisəm. Bu barədə danışmaq mənim üçün çox ağırdır. Bu itkini gözləmirdim. İstəmirəm yer üzündə bir gül belə məndən incisin. İndi danışmaq istəmirəm. Allah ona  rəhmət etsin".

Xatırladaq ki, Oktyabrın 9-dan 10-na keçən gecə Kürdəxanı istintaq təcridxanasında bu günlərdə Abşeron rayonunda saxlanılmış 35 yaşlı Bakı sakini Nurlanə Əsədova intihar edib.

Abşeron rayon Polis İdarəsindən Əsədovanın bu gün səhər asılmış vəziyyətdə aşkarlandığını bildiriblər.Xatırladaq ki, bir həftə əvvəl Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular.

Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul oğurlayıblar.

İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad cinayəti törədən zaman "lomka” vəziyyətində olublar. Güman olunur ki, Əsədova özünü elə buna görə öldürüb.Dindirmə zamanı Əsədova Göyçay rayonundan olan müğənni Mətanət Əsədovanın bacısı olduğunu bildirib.Məlumata görə, Nurlanə Əsədovanın qohumlarına təhvil veriləcək 11 yaşlı oğlu qalıb.Faktla bağlı araşdırma davam edir.


696 dəfə oxunub


Digər xəbərlər


“Sözlərlə oynamağın vaxtı çoxdan keçib“ - XİN-dən Nalbandyana cavab
20:19 – 26.5.2016

Hikmət Hacıyev: Ermənistanın xarici işlər naziri Vyana görüşlərinin mahiyyətini yenə də təhrif edir

"AzerGold" QSC-yə sədr təyin edildi
19:53 – 26.5.2016

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMEA-nın institutunun adı dəyişdirildi – Sərəncam
19:52 – 26.5.2016

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident icra başçısı və deputata "Şöhrət" ordeni verdi
19:20 – 26.5.2016

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Təkrar seçkilər canlı izlənəcək
19:05 – 26.5.2016

90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu dairə üzrə məntəqələrin 25 faizində veb-kameralar quraşdırılacaq.

Azərbaycanda seçicilərin sayı açıqlanıb
18:51 – 26.5.2016

Seçicilərin təqribən 48,35 faizini kişilər, 51,65 faizini isə qadınlar təşkil edir

Bu xəstəlik Azərbaycanda 100 mindən çox insana əziyyət verir
18:22 – 26.5.2016

Professor Sahib Musayev: “Vaxtında diaqnoz qoyulmasa, revmatizm erkən ölüm və əlilliyə səbəb olur”

Həmsədlərin nazirlər ilə görüşünün vaxtı məlum olub
18:05 – 26.5.2016

Görüş mayın 31-də Brüsseldə baş tutacaq

"Dövlət rüsumu haqqında" qanun dəyişdi
18:00 – 26.5.2016

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Üç gün iş olmayacaq
17:24 – 26.5.2016

May ayının 30-da qeyri iş günü olacaq.







Xəbər Lenti

Ən çox oxunanlar


Müəllif güşəsi