Buludlu

Bakı, +11°
Buludlu
Atmosfer təzyiqi: 761
Külək: Ş, 10 m/s
EUR     1.0843
RUB     0.0220
TRY     0.3647
USD     0.7843

Elektron siqaretin ziyanı varmı?

Bir çoxları düşünür ki, elektron siqaretlər tütündən imtina etmək üçün əla vasitədir. Doğrudanmı belədir?
Şrift ölçüsü:

Gündəm 15:24 – 15.2.2013

Əvvəla, onu qeyd edək ki, satış rəqəmlərinə görə, dünyada e-siqaret çəkənlərin sayı sürətlə artmaqdadır.

“Action on Smoking and Health” adlanan Britaniya xeyriyyə təşkilatı bu yaxınlarda keçirdiyi araşdırmada aydınlaşdırıb ki, 2010-cu ildən 2012-ci ilə qədər bu ölkədə e-siqaret çəkənlərin sayı 2 dəfədən çox artıb – 9 faizdən 22 faizə qalxıb.

Məlum olub ki, e-siqaret çəkənlərin hamısı əvvəllər adi siqaret çəkən olublar və onların 40 faizi hesab edir ki, e-siqaretə keçməklə, tütünün sağlamlığa vurduğu ziyandan can qurtarıblar.  

Tütün xərçəng xəstəliyinə tutulma ehtimalını artırır - tüstüylə birlikdə ağciyərə zəhərli maddələrin dolması səbəbindən.

Bəs e-siqaretlərin sağlamlığa hansısa ziyanı varmı?

“Action on Smoking and Health”in araşdırmaçısı Amanda Sandford deyir e-siqaret heç də tam zərərsiz deyil. Çünki e-siqaretlərdə də nikotin var:

“İnsanı siqaret aludəçisi edən nikotindir. Amma siqaret çəkənlərin sağlamlığına əsas ziyanı nikotin yox, tütün tüstüsünün ciyərlərə çəkilməsi vurur. Elektron siqaretdə isə tütün tüstüsü yoxdur, insan sadəcə, nikotin qəbul edir. Tütünün tərkibindən ayrılanda və ayrıca olaraq qəbul ediləndə nikotin nisbətən ziyansızdır”.

E-siqaretdə kiçik batareya maye nikotini qızdırıb tüstüləndirir. Həmin tüstüdə qoxu yaratmaq üçün propilen-qlikol maddəsi də var.

Sandford deyir ki, e-siqaretlər Britaniyaya yeni gəldiyi üçün onların sağlamlığa necə
Belçikada siqaret qutusuBelçikada siqaret qutusu
​​təsir etdiyini müəyyənləşdirmək çətindir, bu, vaxt tələb edir.

Suallardan biri də budur ki, e-siqaretin sağlamlığa ziyansız olduğunu düşünən adamlar onu adi siqaretlə müqayisədə daha çox çəkməyəcəklər ki? Və nikotinin belə çox qəbulu onların orqanizminə necə təsir edəcək?

Bundan başqa e-siqaretlər əsasən Çin və başqa Asiya ölkələrində istehsal edildiyi üçün onların istehsal prosesinin nə dərəcədə standartlara uyğun olması məsələsi də açıq qalır.

Xüsusən də e-siqaretdəki nikotinin miqdarı və qoxu yaradılması üçün istifadə edilən maddələrin tərkibi ilə bağlıdır.

azadlig.org


30 dəfə oxunub


Digər xəbərlər


Cəbhədə gərginlik davam edir
9:39 – 25.4.2014

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdə növbəti dəfə atəşə məruz qalıb.

Prezident İlham Əliyev Praqada bir sıra görüşlər keçirdi
9:33 – 25.4.2014

Prezident İlham Əliyev Praqada bir sıra görüşlər keçirib.

Hava necə olacaq? - Bütün Azərbaycanda
9:30 – 25.4.2014

Aprelin 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.

Tibb kolleclərində imtahanların keçirilməsində DƏYİŞİKLİK
19:07 – 24.4.2014

Azərbaycanın tibb kolleclərində bütün imtahanlar kompüter vasitəsilə həyata keçiriləcək

Britaniyaya gedənlərin nəzərinə!
19:03 – 24.4.2014

Bu gün Bakıda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Viza mərkəzinin rəsmi açılışı olub.

DYP: Qırmızı işıqdan keçən sürücü daha da sərt cəzalanacaq
18:45 – 24.4.2014

“Cərimə ballarının artırılması məsuliyyətsiz sürücülərin işinə kömək edəcək”.

Magistral yollar genişləndirilə bilər – AÇIQLAMA
18:40 – 24.4.2014

Ölkədə nəqliyyat vasitələrinin sayı artır, amma yollar geri qalır.

Türk futbolçu Barselonanın hədəfindədir
18:38 – 24.4.2014

Barselona Məsut Özili almaq istəyir

Obama yenə də "soyqırım" demədi
18:25 – 24.4.2014

Obama "soyqırım" ifadəsini işlətməyib.

Aureliya Qriqoriu Azərbaycana gəlir
18:08 – 24.4.2014

Ombudsman aprelin 27-dən 30-dək Bakıda olacaq.



Xəbər Lenti

Ən çox oxunanlar


Müəllif güşəsi